Aliasghar.org :: السلام علی الطفل الرضیع
Əsas səhifə | Linklər | Dosta göndər | Saytla tanışlıq | Əlaqə |Sual-cavblar | Fotoşəkillər |Downloads
Rəy sorğusu

2008-ci ildə Hüseyn Körpə Südəmərləri Konfransının keçirilməsi ilə bağlı fikriniz nədir?

[ Sonular | Oylamalar ]

Oylar: 3
Yorumlar: 0

Sayta baxanların sayı
Bu gün : 6020
Dünən : 12911
Ümumi say: 1275630
LoginT






Hala hesabnz yok mu? Buraya tklayarak hemen aabilirsiniz. Kaytl bir kullanc olarak tema ynetici, yorum ayarlar ve isminizle yorum gnderme gibi avantajlara sahip olacaksnz.
Hadis










Haber

Bütün səhabə və dostlarının şəhidlik badəsini içdikdən sonra Imam Hüseynin (ə) o hüznlü səsi səmaya ucaldı: “Rəsulullahın müqəddəs məqbərəsini himayə edən bir kəs varmı?, Savablara olan ümidimizin danına, fəryadımıza yetişəcək bir şəxs varmı?”. Bu sözər hərəm qadınlarının qulağına çatdıqda onlar vay-şivən qoparıb ağlamağa başladılar. Imam Hüseyn (ə) xeymənin kənarına gəldi və bacısı Zeynəbə (s) belə dedi: “Kiçik oğlumu mənə verin, onunla vidalaşmaq istəyirəm”. Körpəni qucağına alıb öpmək istəyərkən Hərmələ ondan əvvəl bir oxu körpənin boğazına tuşladı ə ox düzkörpənin o nazənin boğazından keçib boynunu kəsdi. Bu barədə seyid Heydər Hilli deyir: “İmam Hüseyn (ə) körpə övladını öpmək üçün əyildi, amma amansız ox ondan əvvəl uşağın boğazını öpdü”. İmam Hüseyn (ə) uşağı bacısı Zeynəbə (ə) verdi və dedi: “Bunu yaxşı saxla!” İmam (ə) əlini körpənin yaralı boğazına çəkdi, əlləri qana bulandı və əlindəki qanı göyə səpələdi və dedi: “Allah Taala bu hadisəni gördüyünə əmin olduğum üçün bu ağır müsibət mənə asandır”. “İhticac” kitabında deyilir: “İmam Hüseyn (ə) atdan düşüb xəncərinin qılafı ilə (xeymənin kənarında yaxud da arxasında) qəbir qazıb al-qana batmış körpəsini dəfn etmək istədi”. Bütün tarixçilərin təsdiqlərinə əsasən bu hadisənin baş verdiyi zaman həzrət Əli Əsğər (ə) 6 aylıq imiş. Anası Əmrul Qeysin qızı Rübab olmuşdur. Əli Əsğər Səkinə ilə ana tərəfdən bacı-qardaş olublar. Bu körpə şəhidin adı haqqında Əllamə Məclisi “Cəlaul Uyun” kitabında yazır: “Bəziləri onu Əli Əsğər adlandırırlar”. “Muntəxəbut Təvarix” kitabında belə nəql olunur: “Aşura ziyarətinin bir versiyasında belə deyilir ki, ...və əla vələdikə Əliyyu Əsğəril ləzi fəcəətə bihi” “Səni ağır faciələrə məruz qoyan, müsibətlər çəkmiş övladın Əli Əsğərə salam olsun!”. İmam Hüseyn (ə) bacısı Zeynəb Suğra adlanan Ummu Külsümün yanına gəlib ona buyurdu: “Bacım! Bu südəmər övladımı saxlamağı sənə tapşırıram. O 6 aylıqdır və qayğıya ehtiyacı vardır. Ummu Külsüm ona dedi: “Əziz qardaşım! Bu körpə 3 gündür ki, su içməyib, ona bir az su gətir”. İmam Hüseyn (ə) övladını ağuşuna aldı və düşmən qəbiləsinə tərəf yola düşdü. Üzünü onlara tutub buyurdu: “Siz mənim övladlarım, qardaşım və dostlarımı öldürdünüz. Onların arasında bu körpədən başqa heç kəs qalmayıb. Bu körpə də susuzluqdan quş kimi ləhləyir. Onun heç bir günahı yoxdur, sizin yanınıza gətirmişəm ki, ona su verəsiniz”. “Ey düşmən! Mənə rəhm etmək istəmirsinizsə, heç olmasa bu uşağa rəhminiz gəlsin. Siz onun susuzluqdan necə ləhlədiyini görmürsünüzmü?”. İmamın (ə) sözü bitməmiş Ömər Sədin işarəsi ilə Hərmələ körpənin böğazını nişan aldı və üçbaşlı oxunu körpənin boynundan vurdu: “Əli Əsğərin boğazındakı sağ və sol şah damarları, bir qulağından girib o biri qulağından çıxan oxla darmadağın etdi”. Sonra körpə qucağında yüksək səslə çağıraraq xeymələrə tərəf qayıtdı: “Ey insanlar Allahdan qorxub bu körpə uşağa bir diqqət edən ürək varmı? Cavab əvəzinə Hərmələ susuzluqdan taqətini itirmiş körpəni hədəfə alaraq bir ox atdı. Həzrət Əli Əsğərin qəlbi alovlayan müsiibəti İmam Hüseyn (ə) üçün o qədər dözülməz idi ki, o, ağlayaraq Pərvərdigarabpənah aparır və deyirdi: “Allahım! Özün biz və bu qövm arasında hakim ol! Onlar bizə yardım olacaqlarını söz verərək özləri bizi dəvət etdilər. Lakin bununla belə bizi öldürməyə cəhd göstərirlər”. Gözlənilmədən asimandan bir səs gəldi: “Ey Hüseyn! Əsğərin dərdini çəkmə. Elə indi bu an cənnətdə bir dayə ona süd verməyə hazırdır”. Göylərdən gələn bu nida Əsğərin başına gələn bu faciəni unutmaq üçün Hüseynə (ə) bir təsəlli idi. Bu müsibətin digət çətin cəhəti də var idi: İmam Hüeynin (ə) şəhadətindən sonra, Məhərrəm ayının 11-i Səkinə (s) şəhidlərin cənazələrinin yanına gəlib ağlayarkən huşunu itirdi. Rəvayətlərə əsasən Imam Hüseyn (ə) şiələrə oxumaq üçün ona bir neçə şer öyrədir. Şerin məzmunu belədir: “Ey kaş Aşura günü sizin hamınız olaydınız və körpə övladımın necə su istədiyini görəydiniz. Onlar mənə rəhm etmədilər və zülal su yerinə övladımı oxla vurub qanla sirab etdilər. Bu hadisə bir o qədər dözülməz və çətin idi ki, hətta Məkkənin dağlarını belə lərzəyə gətirdi”.
---------------------------------------------------------------------------
کلیه حقوق این سایت متعلق به مجمع جهانی حضرت علی اصغر (ع) می باشد. استفاده از مطالب این سایت با ذکر منبع بلا مانع می باشد www.aliasghar.org,Copyright Feb2008 ِطراحی و اجرا توسط شرکت پاسارگاد